Türkiyənin məşhur televiziya aparıcısı Vatan Şaşmazın dəhşətli qətlindən sonra mətbuata yeni detallar sızmaqdadır.
Mynews.az xəbər verir ki, Vatan Şaşmaz cinayəti üzərindən bəzi adamların maddi qazanc əldə etmək istədiyi ortaya çıxıb.
Belə ki, xəbər agentliklərinə zəng edən bir qadın əlində cinayətin işləndiyi otel otağının görüntüləri olduğunu bildirib və pul qarşılığında həmin fotoları sata biləcəyini söyləyib.
Hadisə yerinin görüntülərini mediaya sızdıran adamın İstanbulun Beşiktaş bölgəsi polis bölməsində işləyən polis məmuru olduğu təsbit edilib. Cinayətin işləndiyi yeri yaydığı üçün polis haqqında məhkəmə və inzibati araşdırma aparılıb və o, vəzifəsindən azad edilib.
Polis məhkəmədəki ifadəsində öz həyat yoldaşını işdə olduğuna inandırmaq üçün hadisə yerindən ona foto atdığını bildirib. Həyat yoldaşı isə cinayət fotolarını vatsapda qohumları ilə paylaşıb. Polisin qaynı da həmin fotoları sevgilisinə göndərib. Mediaya cinayət görüntülərini satan da həmin qız olub.
Cinayət işini araşdıran polislər bu görüntülərin otel personalı və ölənlərin yaxınları tərəfindən çəkildiyini ehtimal edirdi. Lakin aparılan inzibati araşdırmalardan sonra görüntülərin bir hüquq keşikçisi tərəfindən çəkilməsi geniş ictimaiyyəti təəccübləndirib. (publika.az)
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub