USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

"Faiq Ağayev səviyyəsində olan sənətçilərə ürəyim ağrıyır"

11:33 05.09.2017
"Faiq Ağayev səviyyəsində olan sənətçilərə ürəyim ağrıyır"
11:33 05.09.2017

Meyxanaçı-müğənni Namiq Qaraçuxurlu özünü “yalançı” adlandırıb.

Axşam.az-ın məlumatına görə, ifaçı “ATV Maqazin onlarla” verilişinə açıqlamasında bunu söz verdiyi duetləri hazırlamamaqla əlaqələndirib. 

“Xumar xanımla (Xumar Qədimova) duet fikrimiz var idi. Ancaq ortaya hələlik heç bir iş qoymamışam. Könül Kərimova ilə də “Cavanlıq səhvi”ni davam etdirmək istəyirdik. Amma hələ ki, danışırıq. Məndə yalançılaşma gedir”. 

Namiq gənc ifaçıların ünvanına tənqidi fikirlər səsləndirib: 

“Faiq Ağayev və o səviyyədə olan sənətçilərə yaxşı mənada ürəyim ağrıyır. Çünki meydanda elə adamlar var ki, biabırçılıqdır. Mənim hələ neçə illik təcrübəm yoxdur, xalq artisti deyiləm, belələrindən qaçıram. Görün onlar nələr çəkir. Sanki qapılar açılıb, sənətə aidiyyatı olmayan adamlar birdən-birə gəlib sənətçi olublar. Acınacaqlıdır. Sözüm peşəkar insanlaradır: qətiyyən dayanmaq olmaz, meydan lazımsız adamlara verilməməlidir. Düşünürəm ki, o lazımsız adamlar da nə vaxtsa öz yollarına gedəcəklər. Amma neçə ildir gözləyirik, hələ bir şey yoxdur. Peşəkarlar onları rəndələməlidirlər. İstər jurnalistlər, istər televiziya işçiləri ağı qaradan seçməlidirlər. Peşəkarları elələrinə qurban vermək olmaz”. 

N.Qaraçuxurlu meyxananı mahnı üzərində ifa etdiyinə görə ona irad bildirənlərə də cavab verib: 

“Uzun illər məni tənqid edən meyxanaçılar artıq özləri meyxananı mahnı ilə oxuyur. Hətta deyişməni də mahnı ilə deyirlər. Sintezatoru qoyub bir ritmlə oxumaq alınmır. Peşəkar aranjimançılarla, səs rejissorlarıyla işləsinlər. Pul xərcləməkdən çəkinməsinlər. Peşəkarlar onlara hər şeyi yavaş-yavaş öyrədəcəklər. Mən də zamanında nələrisə bilməmişəm, amma öyrənmişəm”.


Xəbər lenti