Şou əhli sənətləri, qalmaqalları, şəxsi həyatı və övladları ilə nə qədər gündəmdə qalmağı sevsə də, bəziləri bundan yan qaçır. Övladlarını kameralardan və mediadan gizlədərək bir növ diqqətləri cəlb edənlər isə ən çox yerli aparıcılardır.
Mynews.az övladlarının simasını gizlədən yerli məşhurların siyahısını təqdim edir.
Teleaparıcı Zaur və Günay Baxşəliyevalar qızı Dilavərin 4 yaşı olmasına baxmayaraq, hələ də üzünü gizlədirlər. "Onun yarısı" proqramından sonra aralarında sevgi münasibəti yaranan və evliliklə nəticələnən cütlük bunu hansı məqsədlə etdiklərini açıqlamır.
Uzun müddət qalmaqallı hamiləliyi ilə gündəmdən düşməyən müğənni Şəbnəm Tovuzlunu Adellə birləşdirən təkcə çəkisi yox, həm də övladlarının üzünü göstərməməsidir. Hacı adlı şəxslə nigahda olan ifaçının oğlunun adı Əlidir.
"Zəif bənd" intellektual oyunu ilə məşhurlaşan aparıcı Kamilə Babayeva da övladının üzünü gizlədənlər sırasındadır. Qızı Natellanın yalnız üzü düşməyən fotolarını paylaşan aparıcı, 4 yaşlı övladının fotolarının yayılmasını istəmir.
Biri qız, digəri oğlan olmaqla əkiz övlad sahibi olan "5-ci element"in aparıcısı Hüsniyə Məhərrəmova da mediaya övladlarının üzünü göstərmir. İnstaqram izləyiciləri onların yalnız ayaqlarını görməklə kifayətlənir.
"Səni axtarıram" proqramında qonaq etdikdən sonra aralarında eşq münasibəti yaranan Doğuş və Xoşqədəm Baxşliyeva cütlüyü də əkizlərini mediadan gizlədir. Onlar Aras və Arına sosial media hesabı açsa da, onların üzlərini göstərmir. Həmin hesabda öz fotosunu paylaşıb, uşaqların adından tərifləməklə yetinən X.Baxşəliyeva izləyiciləri maraqda saxlamaqda davam edir.
2005-ci ildə Əsmər adlı bir xanımla ailə quran aparıcı Elgiz Əkbər də medianı qızının üzünə həsrət qoyub. (publika.az)
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub