Bu gün ATV-nin aparıcısı Günay Baxşəliyevanın ad günüdür.
Axşam.az-ın məlumatına görə, aparıcı həyat toldaşı Zaur Baxşəliyev onun üçün sürpriz hazırlayıb.
Zaur həmin an lentə aldığı videonu və ürək sözlərini sosial şəbəkədə yazıb:
“Həyatımın mənası, indi səninlə üz-üzə oturmuşam. Oturduğumuz kafedə ayrılıq mahnısı səslənir. Həyatımda hər şeyi düşünə bilərəm, amma ayrılığı heç bir zaman. Bilmirəm yollarımız niyə kəsişdi, niyə mən sənin, sən də mənim yanımdasan. Buna qismət, ya da zərurət deyim. Məni bu qədər anlayıb, içdən başa düşən ikinci bir insanın olmasını ağlıma belə gətirə bilmirəm.
Bəlkə səni bilərəkdən və ya bilməyərəkdən çox incitmişəm, qəlbinə dəymişəm, amma içimdə həmişə səni hədsiz sevdiyimi hiss etmişəm. Çox sağ ol ki, mənə hər zaman anlayışlı yanaşmısan.
Sənsiz çox az yerdə olmuşam, amma hər getdiyim yerdə bir boşluq hiss etmişəm. "Kaş sən də burada olaydın" demişəm. Hərdən tək qalmaq istəmişəm, buna etiraz etməmisən. Bil ki mən heç vaxt tək qalmamışam, sənu düşünmüşəm. Həmişə yanımda ol, bu mənə yetər. Mənə etdiyin ən böyük hədiyyənin – qızımızın qarşılığında bilmirəm sənə nə hədiyyə edim.
Sən mənim arzuladığım qadınsan. Həyatımız hamar deyil, amma əsas odur ki, bu nahamarlıqda biz rahat yeriyə bilirik”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub