ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonaqlarından biri müğənniRoza Zərgərli olub.
Mynews.az xəbər verir ki, ifaçı evinə oğruların girməsi haqqında ilk dəfə olaraq həmin verilişdə danışıb.
“Burada bir sirr açacağam. 2 il bundan əvvəl mənim evimə oğrular girmişdi. Xaçmazdan evə gəlirdim. Evdə yalnız Lara (iti) məni gözləyirdi. Qapını bağladım, yeməyimi yedim, Laranı yedizdirdim. Dedim, gəl, ana-bala gedək yatmağa. Onun yatağını ayaq altıma qoydum. Kinoya baxırdım. Lara durub küçə qapısının yanına getdi. Orada hürməyə başladı. Gecə saat 3 idi. Onu sakitləşdirməyə getdim. Lara 4 dəfə gedib-gəldi. Axırda əsəbiləşib dedim ki, sənin canını alaram, səsini kəs. Özümü də qorxu basdı.
Onu otağıma qoyub yataq otağının qapısını bağladım. Bu, möcüzədir. Lara qapını əlləri ilə açıb, bir də qaçdı. Məni qara basdı, fikirləşdim ki, bəlkə, evə adam girib. Eyvana baxdım ki, heç kim yoxdur. Qapının “qlazok”unu açıb baxmaq istəyəndə, gördüm, qapı aralanır. Qapının arxasında tək qadın, 5 üzü maskalı kişi var idi. Mən qapını tutmuşam. O, bu yana dartır, bu bu yana. Sən demə, oğru evimizdən imiş. İt də o oğrunu tanıyırdı. Mənə xəbərdarlıq edirdi”, - deyə o söyləyib.
Oxu.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub