Əməkdar artist, tanınmış müğənni-bəstəkar Elza Seyidcahan “Ər quyusu” filminin qala gecəsində iştirak edib. Qala gecəsinə qatılan Elza Seyidcahan qəribə geyimi ilə diqqət mərkəzində olub. Gecədə iştirak edən digər tanınmışlar da Elza Seyidcahanın geyimindən heyrətləniblər.
Mynews.az cebhe.info-ya istinadən xəbər verir ki, gecəyə çox bahalı təbii xəZdən olan kürk geyinən Elza Seyidcahan həmkarları ilə söhbət əsnasında geyiminin bahalı olduğunu diqqətə çatdırıb. Bununla yanaşı əməkdar artist yaxın günlərdə işıq üzü görəcək kitabından da danışıb:
“Kitabım artıq hazırdır. Almaniyada yaşayan həmyerlimiz Əşrəf Heybətov artıq mənim yazdığım şeirlərin illuziya şəkillərini də hazırlayıb. Təkcə kitabın çapa göndərilməsi qalıb. Kitabın adı üçün “Mən dəlinin rəssamı” adını düşünmüşəm. Amma şeirlərim o qədər maraqlıdır ki, dəqiq qərar verə bilmirəm kitaba hansının adını verim”.
Elza Seyidcahanın bahalı olduğu deyilən təbii xəzdən olan kürkünün qiymətinə gəlincə, Bakıdakı brend mağaza mütəxəsisi onun təxmini qiymətini Cebhe.info-ya bildirib:
“Ən birincisi kürkün materialına və istehsalçı firmasına baxmaq lazımdır. Lakin şəkillərdən də aşkar görmək olur ki, çox qiymətli kürkdür. Tam dəqiqliyi ilə yalnız materialına baxdıqdan sonra qiymət deyə bilərəm, amma təxmini hesabla belə kürklərin qiyməti 20-30 min manat civarında dəyişir”.