Bu yaxınlarda liposaksiya əməliyyatı etdirən məşhurlar sırasına əməkdar artist Nahidə Orucova da qoşulub.
Mynews.az xəbər verir ki, publika.az-a açıqlama verən aktrisa yeni görüntüsündən çox məmnun olduğunu bildirib: "Əməliyyatdan sonra mən olduğum kimi görünürəm. 25 kilo atmışam və bu gün özümü çox xoşbəxt hesab edirəm. Çünki çox yüngüləm. Camaat yaşa dolduqca qocalır, ancaq mən əksinə cavanlaşıram. Özümə söz vermişəm, cavan qalacam".
Pəhrizə riayət etmədiyini bildirən sənətçi fikirlərini belə dilə gətirib: "İşimizlə əlaqədar xüsusi pəhriz edə bilmirik. Çünki məşqlərimiz, çəkilişlərimiz, tamaşalarımız olur. Nə var, harada tapdım yeyirəm, aclığı hiss edən kimi əlimə keçəni ağzıma atıb, xırçıldadıram".
Aktrisa yeni mövsümdə tamaşa, seriallar və filmlərdə rol alacağını da deyib: "Yeni işlərim var. Qabaqcadan deməyi sevmirəm, inşallah görəcəksiniz. İstəyirəm seriallarımızda maarifləndirici nələrsə olsun. Çünki bunları görən insan serialları da izləməyə davam edəcək".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub