USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Məşhur aparıcının bacısından ayrılan Alişan GÖZÜNÜ YUMUB AĞZINI AÇDI

13:28 09.09.2017
Məşhur aparıcının bacısından ayrılan Alişan GÖZÜNÜ YUMUB AĞZINI AÇDI
13:28 09.09.2017

Müğənni Alişan nişanlısı Eda Eroldan ayrılması ilə bağlı gözlənilməz açıqlamalar verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Alişan Bəyaz TV-də məsələnin müzakirə edildiyi anlarda canlı yayıma bağlanaraq sərt reaksiya göstərib. O, nişanlısından ayrılması haqqında gəzən söz-söhbətləri təkzib edib. Alişan nişanlısından ayrıldıqdan sonra onun üçün aldığı 150 min TL-lik (təxminən 75 min manat) üzüyü geri istəməsinə belə münasibət bildirib:

“İmkan versinlər kədərimizi yaşayaq. Ayıbdır! Zinət əşyalarını geri istəmək nə deməkdir? Mənim mədəniyyətim buna icazə verməz. Biz öz aramızdakı problemləri həll etmədiyimiz üçün ayrıldıq. Xahiş edirəm ki, ailəmizi kədərləndirəcək xəbərlər yazılmasın. Biz birlikdə olanda da xoşagəlməz iddialar ortaya atıldı. Ayrıldığımızı elan edən kimi bir dəli çıxıb absurd fikirlər bildirib. Edadan ayrılsam da, onun ailəsinə, namusuna şərəfinə heç kimin söz deməsinə cazə vermərəm. Mən kimə nə etmişəm ki, haqqımda bu xür xəbərlər yazılır?”

Məlumat üçün bildirək ki, Alişan məşhur evlilik verilişinin aparıcı Esra Erolun bacısı Eda Erol ilə iyunun 30-da nişanlanmışdı. Cütlüyün toyu noyabrın ikinci həftəsində baş tutmalı idi.


Maqazin

Xəbər lenti

300x200r