Rianna bakirəliyini itirdiyi üçün peşman olduğunu etiraf edib.
Mynews.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni “Elle” jurnalının oktyabr sayı üçün kamera qarşısına keçib, eyni zamanda müsahibə verib.
29 yaşlı müğənni Tyra Benks, Eminem, Farrell Uilyamsın onun üçün hazırladığı suallara cavab verib. Ən maraqlı sualı isə məşhur sehrbaz Devid Kopperfild verib. Rianna sehrbazın "Əgər keçmişə dönmək şansınız olsaydı hara gedərdiniz?" sualına gözlənilməz cavab verib. Rianna etiraf edib ki, bakirəliyini itirdiyi üçün peşmandır:
“Səyahət mümkün olsaydı, bakirəliyimi itirdiyim andan 10 dəqiqə əvvələ qayıtmaq istədirdim”.
Məlumat üçün bildirək ki, əslən Barbadosdan olan amerikalı müğənni Rianna Səudiyyə Ərəbistanının ən məşhur, ən zəngin iş adamlarından biri Əbdül Lətif Cəmilin oğlu Həsən Cəmillə nişanlanıb.
29 yaşlı müğənni ilə 29 yaşlı milyarder Həsən Cəmil nişanlandıqlarını gizli saxlayır, bu barədə heç bir açıqlama vermirlər.
Həsən Cəmilin atası Əbdül Cəmil 1955-ci ildə Səudiyyə Ərəbistanında "Toyota" (Yaponiya) avtomobil konserninin ilk rəsmi dileri statusunu almış "Abdul Latif Jameel Motors" şirkətinin banisi Əbdül Lətif Cəmilin oğludur. "Abdul Latif Jameel Motors" indi Səudiyyə Ərəbistanı ilə yanaşı, bütün Fars Körfəzi və Yaxın Hərq ölkələrində ən böyük avtomobil satışı şirkətidir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub