Müğənni Vüqar Muradov “Qarabağ”ın qalib gəldiyi təqdirdə ona ilk yazan üç izləyicisinin toyunda 1 saat pulsuz oxuyacağını demişdi.
Mynews.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsindən sonra sənətçi üç izləyicisinin ona göndərdiyi mesajın fotosunu paylaşaraq, sözünün üstündə duracağını bildirmişdi.
Bu günlərdə isə Vüqarın E.Cəfərova adlı izləyicisi redaksiyamıza sənətçi ilə bağlı şikayət göndərib. O bildirib ki, Muradov vədinə əməl etməyib və onları aldadıb:
"Sentyabrın 5-də toyumuz var idi. Vüqar bəylə danışdım ki, alınsa gələrsiniz. Ona atamın nömrəsini verdim. Atama zəng edib şadlıq sarayının yerini soruşdu və gələcəyini dedi. Hətta bizə dedi ki, yoldayam. Düzdür, həmin vaxt bizə zəng vurub, 20 dəqiqə eşitməmişik. Sonra geri yığdıq ki, gəlin, 1 saat söz vermisiniz, 20 dəqiqəsini ona çıxarsınız. Sonra dedi ki, gəlirəm. Nə qədər gözlədik gəlmədi. Zəng vurduq cavab vermədi. Vüqar Muradov dediyi kimi sözünün ağası olmadı. Sosial şəbəkədə ona bu haqda yazdım səhifəmi qara siyahıya atdı. Onun bu sözləri reytinq və insanların sevgisini qazanmaq üçün idi".

1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub