“İzzət Bağırovun mühafizəçisi həbs olunubsa, demək, belə lazım bilinib. Bizlik bir şey yoxdur”.
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında müğənni İzzət Bağırovun işçilərinin döydüyü Novruz Aslanovun qardaşı bildirib.
Aslanov bildirib ki, onlar İ.Bağırovdan şikayətçi deyillər:
“Biz razılığa gəldik. Lazım olan nə var idisə, hamısı mətbuatda yazıldı. Yəni İzzət Bağırovdan şikayətçi deyilik. Mühafizəçisi Elçin Cabbarlının həbs olunması isə bizlik deyil. Yəni biz şikayət etməmişik. Belə lazım biliblərsə, belə də olub”.
Qeyd edək ki, hadisə avqustun 31-də paytaxtın Nizami rayonunda yerləşən “Neolit” şadlıq evində olub. Belə ki, Novruz Aslanovun yaxın qohumlarının ali məktəbə daxil olması münasibəti ilə məclis təşkil edilib. Həmin məclisdə operator müğənnini yox, qonaqları çəkdiyi üçün gərginlik yaşanıb. İ.Bağırov isə “Tərbiyəsizlik niyə edirsiniz? Sənətkarı çəkmirsiniz” deyib. Bu isə məclis təşkilatçılarının xoşuna gəlməyib. Dava da bunun üstündə olub. Nəticədə İzzət Bağırovun Elçin adlı prodüseri məclis iştirakçılarından olan Novruza “beşbarmaq”la zərbələr endirib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub