Müğənni “Pişik” Günel “APA TV”-nin “Show time” verilişinin qonağı olub. Mynews.az Lent.az-a istinadən verdiyi məlumatına görə, ifaçı bildirib ki, instaqramdan pul qazanır: “Məsələn mənə hər hansısa bir məhsulu paylaşmağımı istəyirlər. Bunu pul müqabilində edirəm. Hər halda onlarda bilirlər ki, kimə müraciət edirlər. Yoxsa onları reklam etmək nəyimə lazımdır ki?”
Günel bildirdi ki, sentyabrın 16-da aparıcılığa başlayır: “Artıq hər şənbə günü səhər saat 10-da “ARB”-də veriliş aparacam. Aparıcılıqda özümü sınadığıma görə tənqid olunacağımdan qorxmuram”.
Müğənni şəxsi həyatı barədə isə üstü örtülü danışıb. Aparıcının ünvanladığı “Konkret olaraq “boşanmamışam” deyə bilərsinizmi?” sualına müğənni “Bu mənim həyatımdı, həyatımda hər şey əladı. Heç vecimə deyil barəmdə nə danışırlar. Əsas dur ki, yaxın dostlarım bilir ki, həyatımda hər şey yaxşıdır”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub