Azərbaycanlı aktrisa serial üçün arıqlayıb tanınmaz hala düşdü.
“Shameless” serialının “Bizim hekayə” adıyla yayımlanacaq Türkiyə versiyasında Veronika Fişer rolunu canlandıran Nəsrin Cavadzadə son günlərdə çox arıqlaması xəbərlərinə aydınlıq gətirib.
Kino ulduzu “Formada qalmaq üçün həftənin 6 günü idman edirəm. Həm də fiziki cəhətdən sağlamam. Belə qalmaq üçün bir neçə sirrim var. Bu sirrlər məndə qalsın. Bu qədər yetər, daha çox arıqlamaq istəmirəm” , - deyə bildirib.
Cavadzadə yeni layihə haqqında "14 sentyabrdan etibarən başlayan serialda rolumun haqqını vermək istəyirəm. Çünki ekran bizi 6-7 kq artıq göstərir. Ekranda fit görünmək üçün ideal çəkimi bir qədər də azaltdım. Serialda Veronika obrazını oynayacağam. Çünki Veronika orijinalda çox cəlbedici və çox seksual qadındır. Mən də bu rolumun haqqını vermək üçün əlimdən gələni edirəm”.


1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub