Xəbər verdiyimiz kimi, uzun müddətdir qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə ötən gün dünyasını dəyişib.
Mynews.az -ın məlumatına görə, mərhumun cənazəsi bu gün saat 12-də Yeni Yasamalda yerləşən evindən götürüləcək. Ş.Zəkizadə Maştağada “Seyidlər” qəbiristanlığında dəfn olunacaq. Rejissorun üç mərasimi həftənin bazar günü “Furqan” mərasim zalında baş tutacaq.
Qeyd edək ki, Ş.Zəkizadə 6 aydır xərçəngdən əziyyət çəkir. Rejissor xəstəxanada müalicə alırdı. Müalicəsinin üçüncü mərhələsində halı pisləşən Zəkizadə komaya düşüb. Rejissorun ilk evliliyindən bir qız, hazırki evliliyindən isə bir oğul övladı var.