Tanınmış müğənni Kərim Abbasovla bağlı polisə şikayət ərizəsi daxil olub.
Binəqədi rayon Polis İdarəsinə şikayət edən şəxs müğənninin bıçaqla ona hücum etdiyini deyib. Şikayətçinin sözlərinə görə, bir müddət əvvəl Kərimin Rəsulzadə qəsəbəsindəki evində təmir işlərinə başlayıb. Daha sonra evə baxış keçirən müğənni ustanın işini bəyənməyib və onlar arasında dava-dalaş olub. Münaqişə zəminində Kərim mətbəx bıçağı ilə ustaya hücum edib. Ətrafdakı şəxslərin köməkliyi ilə qanlı hadisənin qarşısı alınıb.
Artıq məsələ ilə bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, ustanın dedikləri təsdiqini taparsa, müğənni Kərim Abbasov həbs edilə bilər.
lent.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub