Bir neçə gün öncə ölkədə gecə saatlarında maqnit qasırğası olacağı, bunun isə insanlarla yanaşı texnikaya da zərər verəcəyi ilə bağlı "WhatsApp"-da səsyazı yayılmışdı. Onun ardından isə içki firmasında baş verən hadisə ilə bağlı, içəcəklərdə SPİD xəstəliyinin olması ilə bağlı səsyazı gündəm oldu. Hər iki hadisə zamanı minlərlə insan təşvişə düşdü və ciddi problemlər yarandı.
Məsələ ilə bağlı BiG.AZ-a danışan “Polisə Dəstək” İctimai Birliyinin sədri və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın müsahibələrin aparılması və nəticələrinin qiymətləndirilməsi üzrə eksperti Şəmsəddin Əliyev həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunma ehtimallarının olunduğunu bildirdi:
"Əgər kimsə hər hansısa bir yalan məlumatı hər hansısa bir şəbəkədə yazırsa və əhali arasında çaş-başlıq, xaos, təxribat yaradırsa mütləq şəkildə onun əməli hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı və hüquqi qiymətləndirilməlidir. Bu kimi kibercinayətkarlıq bir terror növüdür. Bunu da ciddi şəkildə araşdırmaq lazımdır. Hər kimlərdirsə, kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir".

1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub