“Mirvari sırğalı qız”, “Hannibal” kimi filmlərin rejissoru Piter Vebber İstanbula gəlib.
Mynews.az xəbər verir ki, orada bir sıra görüşlər keçirən sənətçi azərbaycanlı aktrisa Könül Nağıyevaya və “Kara Sevda” serialından tanıdığımız aktyor Kaan Urqancıoğluna yeni filmində oynamalarını təklif edib.
Onlardan razılıq alan rejissor sənətçilərlə fotosunu instaqram hesabında paylaşaraq bunları yazıb.
“İstanbula baş çəkdiyim üçün çox şadam. Könül Nağıyeva və Kaan Urqancıoğlu ilə görüşüb yeni layihəmi müzakirə etdik. Çəkilişləri Türkiyədə həyata keçirmək istəyirəm. Kaan və Könül cütlük olaraq çox əla görünürlər”.
Qeyd edək ki, Piter Vebber filmin təfərrüatları barədə hələki məlumat verməyib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub