Əməkdar artist Elza Seyidcahan Xalq şairi Sabir Rüstəmxanlını və Baba Vəziroğlunu məhkəmə ilə hədələyib.
Mynews.az xəbər verir ki, o, bu barədə “Show time” verilişində bildirib.
“Böyük şairlərimiz “Tikim sizin ağzınızı” şeirinin dərinliyinə varmadılar. Çəkinmədən onların adlarını açıqlayacağam. Sabir Rüstəmxanlı ilə Baba Vəziroğlu. Onların adını niyə çəkirəm? Çünki onların mənə qarşı etirazlarını gördüm. Mən bu şeiri yaratmışam, oturmuşam evimdə. Görürəm ki, mənə söz göndərirlər ki, Elza bunu düz etmir.
Mən də onları məhkəməyə vermirəm, özlərinə cavab verirəm. Amma mənim ixtiyarım var ki, onları məhkəməyə verim. Mənim yaradıcılığımda qüsur yoxdur. Əslində, yaradıcılıq odur ki, küt beyinləri açır. Yoxsa o qədər toz basmış kitablar var ki... Deyirlər ki, mənim şeirim söz yığınıdır.
Əgər söz yığınıdırsa, sizi niyə bu qədər düşündürür? Eybi yoxdur, siz mənim şeirimə gülə bilərsiniz. Gülənlərə demək istəyirəm ki, mən sizi döyə-döyə yox, sevə-sevə tərbiyə edirəm”, - deyə o bildirib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub