Ermənilər tərəfindən qətlə yetirilmiş 2 yaşlı Zəhranın xatirəsinə həsr olunan “Fashion kids show” keçirilib.
Axşam.az-ın məlumatına görə, uşaqlar arasında keçirilən gözəllik müsabiqəsini rejissor Zöhrab Ağayev (Zorik) təşkil edib.
Yarışmada münsif kürsüsündə modelyerlər Leyla Əhmədova, Sako, rejissor Kənan M.M., idmançı Kamil Zeynallı, prodüser Təranə Səmədova, Həsən Həsərtli əyləşib. Müğənni Natavan Həbibinin də münsif kürsüsündə olacağı deyilsə də, ifaçı gecəyə qatılmayıb. Zorik bildirib ki, buna səbəb sənətçinin səhhətində problem yaranmasıdır.
Yarışmada birinci yerin qalibi Məryəm Qafarzadə olub. Balacalar içərisindən isə qızlar arasında Suel Səmədzadə, oğlanlar arasında isə Cahangir Dərya birinci seçiliblər.
Aparıcılığını İlahə Nizamiqızının etdiyi gecə maraqlı anlarla yadda qalıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub