Gənc bəstəkar-müğənni Çilənay Hüseynova "Qarabağ" futbol klubuna mahnı həsr edib.
"Sən bizimsən Qarabağ" adlanan mahnın sözləri Abdulla Cəfərə, bəstəsi isə Çilənay Hüseynovaya məxsusdur. "Qarabağ"a dəstək məqsədilə yazılmış mahnını Ç.hüseynova elə özü ifa edib.
Çilənay Hüseynova Moderator.az-a açıqlamasında mahnının yaranmasından danışıb:
"Qarabağ bizə əziz olduğu kimi Qarabağın adını daşıyan futbol komandası da bizə çox əzizdir, doğmadır. Necə ki, qəlbimiz daima Qarabağla döyünür, eləcə də "Qarabağ" arenaya çıxanda oyunun nəticəsindən asılı olmayaraq qəlbimiz onunçün atır. "Qarabağ" üçün həyəcan keçiririk, sevinirik, duyğulanırıq.
İndi Qarabağa əlimiz çatmasa da sanki "Qarabağ"ın qələbəsi ilə azacıq da olsa toxtaqlıq tapırıq. Çünki komanda daşıdığı adın məsuliyyətini hiss edir və o ada uyğun oyun sərgiləməyə çalışır. Biz də komandanın bu uğurlarını bayram edirik. Xüsusilə də beynəlxalq arenada Qarabağ adının təmsil olunması böyük uğurdur. Dünyaya Qarabağın Azərbaycanın əzəli və əbədi torpağı, ayrılmaz parçası olduğunu göstərməkdir.
Bizə bu sevinci, fəxarət hissini yaşatdığı üçün mən də bir musiqiçi kimi "Qarabağ" futbol klubuna öz adımdan təşəkkür etmək istədim. Düşündüm ki, musiqiçinin ən dəyərli təşəkkürü bəstəsi, ifası ilə ola bilər. Məhz bu məqsədlə də "Sən bizimsən Qarabağ" mahnısı yarandı. Düşünürəm ki, bu mahnı bir marş xarakterli olacaq.
Həm Qarabağ bizimdir, həm də "Qarabağ" komandası, "Qarabağın" arenalarda qalibiyyət yazdığı kimi tezliklə Qarabağda da qalibiyyət yazacağımıza inanıram, bunu gözləyirəm".

1
1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı
352 dəfə oxunub
2
AYNA Balakəndə 10 milyona kanat yolu çəkir
345 dəfə oxunub
3
Berenin Saatın çox danışılan filmi yayımdan qaldırıldı
333 dəfə oxunub
4
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
317 dəfə oxunub
5
Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir - Prezident
317 dəfə oxunub