Axşam.az xarici KİV-ə istinadən dünya ulduzları haqda bilmədiyiniz maraqlı faktları təqdim edir:
Müğənni Ledi Qaqa - ifaçının assistantı Cennifer Oneil bildirib ki, Qaqa heç vaxt tək yatmağı sevmirdi. Ona görə Cenniferin həyatı da məhkum həyatına çevrilmişdi. Onun sözlərinə əsasən, sənətçi başqa ölkəyə konsert üçün gedərkən hoteldə onunla eyni otaqda, eyni çarpayıda qalırdı. Oneil bütün bunlardan bezdiyini vurğulayıb.

Aktyor Stiven Siqal - 23 yaşlı assistantı Kayden Nyugen aktyor haqda məhkəməyə müraciət edib. O, iddia edib ki, Siqal həftənin 24 saatı onunla cinsi əlaqəyə girməyə məcbur edib. Bundan başqa Stiven digər iki rus assistanlarla da cinsi əlaqədə olub və həmin videonu Kaydenə izlədib.

Müğənni Britni Spirs - mühafizəçisi Fernando Flores ifaçı haqda inanılmaz iddia irəli sürüb. O, bildirib ki, Britni qorxunc biridir. Daim narkotik maddədən istifadə edir və özünə qətiyyən baxmırdı. Bundan başqa, hər gecə Floresin otağına gedərək onunla intim münasibətdə olub.

Aparıcı Oprah Winfrey - aparıcının şəxsi təyyarəsində xidmətçi olan Korrien Gehris onun haqda maraqlı fakt söyləyib. Xidmətçinin sözlərinə inansaq, Oprah təyyarədə pilotla cinsi əlaqəyə girirdi. Bunu gördüyüy üçün Gehrisi aparıcı işdən qovub.

Müğənni Castin Biber - mühafizəçisi Moşe Benabou onun barəsində məhkəməyə müraciət edib. Buna səbəb Castinin Moşeni günün 14-16 saatını işlətməsi və maaşını ödəməməsidir.

Model Naomi Kempbell - həm bağban, həm də evində işləyən xadimə model haqda maraqlı faktlar söyləyib. Onlar modelin çox sərt biri olduğunu və əsəbləşdikdə kimi istəsə vurduğunu bildiriblər. Xadimə hətta bir dəfə Naomini onun başından vurduğu üçün məhkəməyə də verib.
1
1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı
352 dəfə oxunub
2
AYNA Balakəndə 10 milyona kanat yolu çəkir
345 dəfə oxunub
3
Berenin Saatın çox danışılan filmi yayımdan qaldırıldı
333 dəfə oxunub
4
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
317 dəfə oxunub
5
Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir - Prezident
317 dəfə oxunub