Türkiyənin tanınmış musiqiçisi Emre Güvener həyat yoldaşı və baldızını öldürdükdən sonra intihara cəhd edib.
Mynews.az Haberler-ə istinadla bildirir ki, hadisə dünən axşam saatlarında İstanbulun Kağıthane səmtində baş verib.
Serial və bəzi filmlər üçün mahnı bəstələyən, "Sor Bana" adlı albom çıxaran musiqiçi dünən axşam yanvar ayında ailə qurub, 6 aydır ayrı yaşadığı həyat yoldaşının evinə gedib. Evdə qadının bacısı da olub.
Onlar arasında mübahisə yaranıb. Mübahisə əsnasında Emre belindəki silahı çıxararaq xanımı Zerrin Demir Güveneri və baldızı Betül Demiri başından tək güllə ilə öldürüb. Musiqiçi daha sonra intihara cəhd edib. Xəstəxanaya çatdırılan Emre hazırda reanimasiyadadır.
Məsələ ilə bağlı araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub