Müğənni Günay İbrahimli məktəb illərini xatırlayıb.
Mynews.az-ın məlumatına görə, sənətçi əməkdar artist Lalə Məmmədovanın “Məktəb illəri” mahnısını paylaşaraq şagird olduğu illərdə yaşadığı sıxıntılardan yazıb:
“Bu mahnıya qulaq asanda yəqin ki, hamı duyğulanır. Dinləyəndə o illərə qayıdıram. Biz indiki şagirdlər kimi hər şeyi rahat əldə edə bilmirdik.
Məktəbdə 3 şagirdə bir kitabı ortaya qoyurduq, bir kitab alanda onu cild əvəzi qəzetləyirdik ki, çirklənməsin. Şotka, çöp, rəngli qələmlərə həsrət idik. Rəsm dərsini çox sevirdim, çünki həmin dərs günü sinif yoldaşlarımın qələmləri ilə dəftərimi rəngləyirdim. Düşünürdüm ki, həyatım bu qədər yaxşı mənada rəngarəng olacaq.
Geyimlərimiz də urəkaçan deyildi. Kimisi qış günü basanoşka ilə, kimisi də kurtka əvəzi pencəklə gəlirdi. Oturacaqlarımıza yastıq qoymaqla özümüzü isidərdik. Sözümün canı odu ki, indi hər şey əldə olunur, bircə oxumaq qalır. Yaxşı oxuyun, şagirdlər. Ata-ananızı sevindirin, bayramınız mübarək”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub