ATV telekanalında yayımlanan “Vicdan haqqı” serialının sevilən aktyorları Ülviyyə Xəlilbəyli və Murad İsmayıl tədbirlərin birində fotokameramıza tuş gəlib. Mərasimə bir yerdə gələn məşhur “bacı-qardaş” diqqətimizdən yayınmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bir müddət öncə fotoları yayılan və sevgili olduqları deyilən cütlüyü çətinliklə də olsa, şəkillərini çəkməyə razı sala bildik. Fürsətdən istifadə edib, barələrində yayılan xəbərə də münasibət öyrəndik.
Yenicag.az-a açıqlama verən Ülviyyə Xəlilbəyli suala təbəssümlə cavab verib.
Murad İsmayıl isə əksinə, sualdan qəzəblənib:
“Biz məşhur bir serialda çəkilirik, istəyirsinizsə, sənətimizlə bağlı xəbərlər yazın. Tanınmış adamların şəxsi həyatını gündəmə gətirmək mütləq deyil ki… Mən bunun əleyhinəyəm. Mənim kiminlə sevgili olmağımın xalqa nə dəxli var? Bu, bizim şəxsi işimizdir. Mən kişiyəm, heç kimdən də çəkinmirəm. Amma Ülviyyə xanımdır və onun doğmaları, əmisi, dayısı var, onlar bilsə ki, belə xəbərlər yayılıb, yaxşı düşməz axı. Belə fotoları yayanda onları da düşünmək lazımdır. Biz fotolarımızı yayanları başa düşürük, amma susuruq”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub