Gənc aktrisa Ariel Vinter verdiyi son müsahibədə anasına qarşı ağır ittihamlar səsləndirib.
Milli.Az xəbər verir ki, rol aldığı "The Modern Family" adlı serialla ulduzu parlayan 19 yaşlı aktrisa Ariel Vinter, "The Hollywood Reporter"ə açıqlama verib.
Gənc aktrisa, anası Kristal Vorkmanın onu hələ uşaqkən yaşından çox böyük, hətta bir gənc qadın kimi geyindirdiyini qeyd edib.
"Anam yeddi yaşımdan bəri..."
Ariel Vinter: "Anam 7 yaşımdan bəri mənə mini ətəklər və dərin yarıqlı əlbisələr geyindirir. Hələ 12 yaşım olanda insanlar mənim 24 yaşlı qız olduğumu düşünürdülər. Əminəm ki, o yaşlarda çılpaq səhnələrə çəkilmək təklifi edilsəydi, anam böyük bir həvəslə bunu da qəbul edərdi" , - sözlərini fikirlərinə əlavə edib.
Anasını məhkəməyə vermişdi
Gənc Vinter anası ilə çəkişməli bir məhkəmə prosesi də yaşayıb. 2012-ci ildə təcavüzə məruz qaldığı üçün anasının yaşadığı evdən çıxan Vinter iki il öncə də valideyini ilə olan bağlarını hüquqi yolla tamamilə kəsib.
Maraq üçün bildirək ki, Ariel Vinter o dönəmdə özündən 22 yaş böyük bacısı Şanelle Qrayın evinə köçmüşdü.


1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub