ARB TV-nin "Gəlin danışaq" proqramının növbəti qonağı əməkdar artist Dilarə Əliyeva olub.
Əməkdar artistin qardaşı Vüsal Murtuzəliyev bacısı barəsində xoş fikirlər səsləndirib:
Vüsal Murtuzəliyev: "Dilarə fərqlidir. Nəinki ailəmizin, nəslimizin və bütün tamaşaçıların sevimlisidir. Bu onun xasiyyətindən, sadəliyindən irəli gələn bir şeydir. İndi Dilarə mənə deyir ki, mənim 2 uşağım varsa, sən üçüncü övladımsan. Sənə həm qardaşım, həm övladım kimi baxıram. Gözlərində hələ uşağam. Mənə həm Dilarə, həm də Oqtay müəllim dəstək olublar. Əldə etdiklərimin hamısını onlara borcluyam. Ən çox sevdiyim rolu "Məhəllə"də Məhəbbət roludur".
Dilarə Əliyeva bu sözlərdən sonra göz yaşlarını saxlaya bilməyib:
"Vüsalı çox istəyirəm. Ana balasını istəyən kimi. Vüsal mənim ürəyimdir, həyatımdır. Onun sözlərini eşidəndə, belə danışığını duyanda qəlbim qəhərləndi. Belə gün yaşatdığınız üçün çox sağ olun. Çox doğma hisslər yaşadım".


1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub