"Bir dəfə falçıya gedəndə yolun ortasında pişik balası gördüm. Tez maşını saxlayıb düşüb götürdüm. Sonra anasını tapıb yanına qoydum. Elə oradan bir falçıya getdik. Mənə dedi ki, səni Allah mükafatlandırıb və övladın olacaq".
Mynews.az-ın məlumatına görə, bu sözləri prodüser Təranə Səmədova ARB TV-nin "Boş anlar" verilişində deyib.
O bildirib ki, falçının ona dedikləri düz çıxıb:
"2009-cu ilin fevralında bildim ki, bətnimdə övladım var. Atası mənə dedi ki, ya uşaq ya da mən. Uşağı seçdim. Danışıb başa saldım ki, həyatda mənə stimul lazımdır, icazə ver uşağı dünyaya gətirim. Sağ olsun ki, icazə verdi. Bir neçə ay yanımda oldu, sonra ətrafın təzyiqləri nəticəsində ayrılmaq qərarına gəldi. Ona dedim ki, sən heç vaxt narahat olma, səni işıqlandırmayacam.
Uşağım Kərimdən (müğənni Kərim Abbasov - red.) deyil. Tamam başqa adamla olan münasibətdəndir. Sevgi ilə doğulan uşaqdır. Qızım atası ilə bir dəfə cəmi telefonla danışıb. Mən övladımın idealıyam. Suel mənə bənzəmək istəyir".
Qeyd edək ki, Təranə müğənni Kərim Abbasovla ailəli olub.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub