ARB TV-nin "Boş anlar" verilişinə qonaq olan prodüser Təranə Səmədova maraqlı açıqlamalar verib.
Mynews.az xəbər verir ki, o, ilk olaraq, falçıya getməsindən bəhs edib:
"Bir dəfə falçıya gedəndə yolun ortasında pişik balası gördüm. Tez maşını saxlayıb düşüb götürdüm. Sonra anasını tapıb yanına qoydum. Elə oradan bir falçıya getdik, o, mənə dedi ki, səni Allah mükafatlandırıb və övladın olacaq. 2009-cu ilin fevralında bildim ki, bətnimdə övladım var. Atası mənə dedi ki, ya uşaq, ya da mən. Uşağı seçdim. Danışıb başa saldım ki, həyatda mənə stimul lazımdır, icazə ver uşağı dünyaya gətirim. Sağ olsun ki, icazə verdi. Bir neçə ay yanımda oldu, sonra ətrafın təzyiqləri nəticəsində ayrılmaq qərarına gəldi. Ona dedim ki, sən heç vaxt narahat olma, səni işıqlandırmayacam.
Daha sonra prodüser dünyaya gətirdiyi övladından və onun atasından söz açıb:
"Uşağım Kərimdən deyil. Tamam başqa adamla olan münasibətdəndir. Sevgi ilə doğulan uşaqdır. Uşağım atası ilə bir dəfə cəmi telefonla danışıb. Mən övladımın idealıyam. Mənə bənzəmək istəyir".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub