Zaur Kamalın 5/5 verilişində qonaq müğənnilərin cərimələri açıqlanıb.
Əməkdar artist Elnarə Abdullayevanın çox sayda cəriməsi olduğu məlum olub. Avtomobil xanəndənin həyat yoldaşı Elxan bəyin adınadır və avtomobili etibarnamə ilə Elnarə Abdullayeva idarə edir. Etibarnamənin vaxtı bitdiyi üçün xanəndə artıq bir ilə yaxındır ki, avtomobil sürə bilmir. Xanəndənin avtomobilində 7 MMX var. Bu MMX-lardan üçü qüvvədən düşüb. 110 AZN cəriməsi olsa da xanəndə hələ ki bunu ödəməyib.
"İgidin başı darda gərək. Bəs mən radara düşməyəndən sonra bu dövlətə o pulları kim ödəyəcək. Mən radara düşməliyəm ki, dövlət də dolansın. Nə qədər lazımdı radara düşüb pulunu ödəyəcəyik", - deyə xanəndə əlavə edib.
Xalq artisti Ağadadaş Ağayevin isə 3 balı və 60 AZN dəyərində cəriməsinin olduğu məlum olub. Müğənni Zaurun açıqlamasına belə cavab verib: "Bizi bura çağırıb dərdimizi təzələyirsiz. Bizi bura niyə çağırmısız? Biz onsuz da musiqi aləmində radara düşmüşük".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub