“Mən Rəşadın qafiyəsini saxlamaq fikrində olmamışam. 20 ildir ki, onunla meyxana deyirəm. İndiyə kimi qafiyəsini saxlamışam? Yanımda oturan gənclər deyişmə zamanı sözə cavab verməyə aman vermədilər”.
Mynews.a zxəbər verir ki, bu sözləri Qafqazinfo-ya açıqlamasında meyxanaçıNicat Mənalı deyib. O, Masallıdakı toyda həmkarı Rəşad Dağlı ilə yaranan qalmaqala münasibət bildirib:
“Meyxanada belə bir qayda var. Sənin rəqibin söz deyirsə, vaxtında cavab verməlisən. Cavabını verməyəndə deyirlər ki, filankəs filankəsi “yedizdirir”, sözünü deyə bilmir. Əgər söz mənə deyilirsə, cavabını verməliyəm. Cavanlar buna imkan vermirdi.
Birincisi, mənim təcrübəm daha böyük idi. 21 ildir ki, meyxana deyirəm. Buna əsəbiləşərək, ritmi dayandırdım. Uşaqlara dedim ki, 5 dəqiqə səbr edin, kişilərlə sözümü deyim. Bu da Rəşada pis təsir etdi. O deyir ki, sən mənim qafiyəmi saxlamısan. Mən ona niyə paxıllıq etməliyəm ki? Neçə ildir ki, yoldaşlıq edir, toyda bir oluruq. Dediyindən elə çıxdı ki, paxıllıq edib qafiyəni saxlamışam.
Videoda görünür ki, onların masasına yaxınlaşıram. Həmkarlarımla dava etməyə yaxınlaşmamışam ki... Paxıllıq sözü təsir etdi, yaxınlaşıb dedim ki, tanımırsan məni? Ürəyimi bilmirsən? Nə paxıllıq? Bir mənim fikrimi öyrənsin, qafiyəni saxlamağımın səbəbini bilsin. Bizim bölgədə kiməsə niyə paxıllıq etməliyəm? Yenə deyirəm, Rəşadla aramızda söz-söhbət olmayıb. Bir qədər səbirsiz davrandı.
Mən Rəşada əl atmamışam, videoda yumruq-şillə var? Hirslənmək o demək deyil ki, insan dava etsin. Onun beynini kimsə doldurur, şeytan hər yerdə var. Rəşad yaxşı oğlandır. Mənim də sözüm kəsilsə, əsəbiləşərəm. Amma səbr edib, səbəbini öyrənərəm. Söhbət sənə görə olubsa, çıxaq toyxanadan, söhbətimizi edək. Toyun içində mikrofonla mənə söz deməyi təsir etdi”.
Həmin kadrları bir daha təqdim edirik:
1
Prezident ailəsinin Trampla FOTOLARI
1090 dəfə oxunub
2
Nazirlik aktyora 657 min manat ödəyəcək
1083 dəfə oxunub
3
Prezident tarixi sənədi imzaladı – VIDEO
1060 dəfə oxunub
4
Azərbaycanda yalnız bu şəxslər aptek işlədə biləcək – Yeni qərar
1041 dəfə oxunub
5
Qələbə qazanan “Qarabağ”ın qazancı açıqlandı
1037 dəfə oxunub