Prodüser Təranə Səmədova həmkarı Zaur Məmmədovun etdiyi dələduzluqdan danışıb. O, həmkarının 3 yaşlı körpənin müalicəsindən istifadə edərək dələduzluq etməsi xəbərinə belə münasibət bildirib:
"Zaur Məmmədovu mən 2-3 il bundan öncə görmüşəm. Əvvəl müğənni İradə Mehri ilə işləyirdi. Kim deyirsə ki, o İradə ilə işləməyib, yalan deyir. O, əvvəl də xeyriyyə tədbiri eləmişdi. Biz də gedib pul ianə etmişdik. O ki qaldı onun dələduzluğuna, mən buna tam dələduzluq deməzdim. Ola bilər ki, insandır, kasıbdır, pula ehtiyacı olub. Yaxud pul yığıb, ehtiyacı üçün xərcləyib, bəlkə heç tədbiri keçirdə bilməyib. Ola bilər ki, xeyriyyə üçün yığılan pulu şəxsi ehtiyacı üçün xərcləyib".
Qeyd edək ki, prodüser Zaur Məmmədov ağır xəstəlikdən əziyyət çəkən 3 yaşlı körpənin müalicəsinə pul toplamaq üçün tanınmışların iştirakı ilə konsert təşkil edəcəyini vəd verərək, Bakı sakini Nuriyyə Quliyevanın pulunu mənimsəyib.

1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub