Xalq artisti Faiq Ağayev APA TV-nin “Show time” verilişinin qonağı olub.
F.Ağayev əməkdar artist Ədalət Şükürovun "Azərbaycanda konsertdən qazanan müğənni yoxdur" fikrinə münasibət bildirib: "Ədalət ancaq özü üçün danışa bilər. Hər bir konsertin sənədləri var. Biz müğənnilərin VÖEN-i var. Əgər mən konsertdən vergi ödəyirəmsə, deməli pul qazanıram. Söhbət Ədalətdən getmir, Ədalət yaxşı oğlandır. Bu sözləri deyənlər naşı insanlardır, konsert keçirməyi bacarmayan insanlardır. Azərbaycanda 3 müğənni var ki, konsertdən pul qazana bilirlər. Biri mənəm, biri Alim Qasımovdur, üçüncüsünü isə deməsəm də olar".
Xalq artisti hesab edir ki, Azərbaycan konsert keçirməyin problemi tərəflərindən biri hər bir işlə müğənninin məşğul olmasıdır: "1991-ci ildən bunun məşğul olduğum üçün bu mənə asandır, çünki bunu bilirəm".
F.Ağayev zalı dəvətnamə ilə dolduran müğənnilərə də münasibət bildirib: "Elə insanlar deyəndə ki, zalda anşlaq yığmışam, adamın gülməyi gəlir".
Xatırladaq ki, Ə.Şükürov müsahibəsində bildirmişdi ki, Azərbaycanda konsertdən gəlir əldə edən müğənni yoxdur: “Mən Azərbaycanda konsertdən pul qazanan müğənni tanımıram. Əgər bunu kimsə deyibsə, bilin ki, yalan deyir”.
Qeyd edək ki, “APA TV”-nin “Show time” verilişi həftənin 2-ci günləri Yalçın Uğurun təqdimatında yayımlanır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub