ARB TV-nin "Günə davam" proqramının qonağı müğənni Nadir Qafarzadə olub.
Mynews.az bildirir ki, müğənni hər sözünün qalmaqala səbəb olmasına belə anlam verib.
"Mənim də ixtiyarım çatır ki, hər hansısa mövzuya fikir bildirim. Çox maraqlıdır ki, orada 300 fikir bildirən varsa, 1 mənim fikrim qalmaqala səbəb olur. Hər hansı bir insanın sözü müzakirə olunursa demək ki, o, lazımlı insandı. Mən artıq öyrəşmişəm. Ağıllı ilə ağıllı kimi, gic ilə, gic kimi danışıram. Uşaqla uşaq, böyüklə böyük dilində danışıram. Hər cür insan görmüşəm".
Nadir Qafarzadə "İnstagram"da izləyicilərin qınağına səbəb olan çimərlikdəki şəklindən də danışıb.
"Əslində mən palto ilə çimməli idim. Şərf ilə getməli idim. Mentalitetə uyğun olaraq. "İnstagram"ı açıb görürəm ki, ən abırlısı mənəm. Hamı soyunur. Kişili arvadlı soyunurlar. Əvvəl insanlar artsitlərə baxıb nəsə götürürdülər. İndi biz insanlardan nəsə götürürük. İnsanların hamısında artistləşmə gedir. Heç kim kitab oxumaq istəmir. İnsanların başına nə gəlirsə, savadsızlıqdan gəlir".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub