Son zamanlar yeni mahnıları sayəsində adından söz etdirməyi bacaran ifaçı Sabina Selcan yeni hit mahnısını təqdim edib.
BiG.AZ-a açıqlama verən ifaçı "Əyninə” mahnısından danışıb:
"Düşündük ki, mahnının adı belə olsun. Sevə bilməyəcəkdinsə sonunadək axı niyə girdin qəlbimə. Sevgi çox dar libas, hər insan geyinsə gəlməz əyninə... Gözəl sözlərdir. Məntiq var, sevə bilməyən sevməz. Əyninə bir paltar gəlmirsə, geyinmə... Yəni hər kəs ayağını yorğanına görə uzatsa, həyatları da daha rahat və uyğun olar”.
Sabina Selcan "Klip dənizdə çəkilsə də, sizi çimərlik geyimində görmədik” sualına belə cavab verib:
"Yox, ehtiyac yoxdur. Şükür Allaha, mənim səsim var. Heç səsim olmasaydı da, soyunmazdım! Nə olsun dəniz kənarıdır, amma mənim mahnım samballı, çətin ifa tərzi tələb edir. Düzdür, mahnı çox qıcıq yaratdı, səs-küyü də bilirəm çox olacaq”.
Sabina Selcan sonda klipin ərsəyə gəldiyi üçün təşəkkür edib:
"Söz və musiqi üçün Səbinə Urfana, klip çəkilişi üçün rejissor Nicat Abbasova, operator Ruzi İsmayılova, montajçı Anar Cavidana və bütün komandama təşəkkür edirik”.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub