"6 ay sonra anladım ki, hamiləyəm".
Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişinə kömək üçün müraciət edən qadının həyat hekayəsi hər kəsi göz yaşlarına boğub.
Zaqatala rayon sakini başına gələnləri Xəzər TV-yə danışıb. O, 18 il əvvəl yanacaqdoldurma məntəqəsinə tərk etdiyi qız övladının axtarışına çıxıb.
"18 il əvvəl qonşumuza qonaq gələn bir oğlanla tanış oldum. O, Çeçenistan vətəndaşı idi. Məni sevdiyini, evlənəcəyini deyirdi. Məni qohumunun evinə apardı. Sonra o, insandan bir xəbər çıxmadı. 6 ay sonra anladım ki, hamiləyəm. Tibb bacısı işləyən qonşum var idi. Ondan kömək istədim. O, məni müayinəyə apardı və məlum oldu ki, hamiləyəm. İki qardaşım var idi. Çox qorxmuşdum. Həmin tibb bacısı mənə kömək edəcəyini dedi. Məni Mingəçevir şəhərinə apardı. Orada həkim dedi ki, sənə elə iynə vuracam ki, uşaq ölü doğulacaq. Lakin belə olmadı, körpə dünyaya sağ salamat gəldi. Mən ona süd belə vermədən yanacaqdoldurma məntəqsində tərk etdim. Mən onun uşaqlığını əlindən aldım".
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub