Son günlər sosial şəbəkədə bir sərnişinin avtobus sürücüsünü döyməsi ilə bağlı video yayılıb.
Mynews.az-ın məlumatına görə, Murad Arifin "Status” verilişində sözügedən görüntülər müzakirə edilib. Müğənnilər avtobus sürücüləri ilə bağlı fikirlərini bölüşüblər:
Ceyhun Əliyev onları yol hərəkət qaydalarını tez-tez pozmaqda günahlandırıb:
“Tələbə vaxtı ictimai nəqliyyatdan istifadə edirdim. İndi öz avtomobilim var. Avtobus sürücüləri çox tərbiyəsizliklər edirlər. Düzdür, buna hamını aid etmək olmaz. Çoxları qanunsuz yerdə saxlayır, maşınlara zərər vururlar, sərnişinlərə aqressiv yanaşırlar. Çox narazıyam avtobus sürücülərindən. Onların psixoloji problemini həll etmək alzımdır. Xəstə sürücünü işə götürmək düz deyil”.
Lalə Məmmədiva isə sərnişinləri qınayıb:
“Neçə gündür sərnişinin sürücünü döymə videosuna baxıb əsəb keçirirəm. Biz böyüklərə hər zaman hörmətlə yanaşmışıq, böyüklərin yanında heç səsimizin tonunu qaldırmamışıq. Bir vətəndaş olaraq hər birimiz qaydalara əməl etməliyik. Bu ölkənin qaydaları, aidiyyatı qurumları var. Biz bunlara həm sürücü, həm də vətəndaş olaraq əməl etməliyik. Qaydaları xaricdə görəndə, gəlib ağızdolusu danışırıq. Öz ölkəmizdə bunu yaratmırıq. O cavan oğlan el içinə necə çıxacaq? Düşündüm ki, bəlkə sürücü nəsə deyib, günahı var. Amma heç bir səhvi yoxdur. Sürücü təkdir, sərnişin çoxdur. İnsanları ünvanına çatdırmağa çalışan bir yaşlı insanı necə döymək olardı? Fiziki təzyiq göstərmək biabırçılıqdır”.
Müğənni Aslan Hüseynov isə avtobus sürücülərinin tıxac yaratdığını söyləyib:
“Bir neçə ölkədə yaşamışam, çox yer gəzmişəm... Heç yerdə belə hadisələrə rast gəlməmişəm. Bizdə avtobuslar dönən kimi saxlayırlar, tıxac yaradırlar. Aləm bir-birinə dəyir. Bu işə baxanlar çox vaxt bunları görür, reaksiya vermirlər. Böyük problemdir”.
Qeyd edək ki, "Status" verilişi "Lider" telekanalında yayımlanır.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub