Mərhum sənətkar, yazıçı, 20 ildən artıq AzTV-də rejissor və redaktor, vəzifəsində çalışan Maarif Məmmədovun qızı Fidan Məmmədovanın toy mərasimi keçirilib. Bu haqda rejissorun həyat yoldaşı, aktrisa Sədaqət Maarif Milli.Az-a məlumat verib:
"Həyat yoldaşımın yadigarı, qızım Fidana toy etdik. Çox gözəl və yaddaşlara həkk olunacaq bir məclis oldu. Siz təsəvvür etməzsiniz ki, Maarifin sənət yoldaşları necə canfəşanlıqla toyda iştirak etdilər. Mən onlardan yerdən-göyə qədər razıyam. Yoldaşım rəhmətə gedəndə onlar bizim ailəmizə daha da yaxın oldular. Bir dəqiqə də olsun Maarifin sənət yoldaşları bizi unutmadı. Biz hamımız bir-birimizin xoş günlərində çox sevinirik. Toyu, demək olar ki, elə Maarifin aktyor dostları apardı. Onlar həm oynadılar, həm oxudular, bir sözlə öz istedad və bacarıqlarını əyani şəkildə göstərdilər. Ata evindən onu Maarifin əmisi oğlu, əməkdar artist Ayşad Məmmədov çıxardı. Bu çox təsirli bir məqam idi. Amma toyun sonuna qədər ata kimi oğlum bizim yanımızda oldu. Təbii ki, Maarifin yoxluğu toyda çox görünürdü... Qızım Fidan onun toy məclislərinin birində bəylə gəlinə etdiyi təbrik səsini götürüb, fotoların üstünə montaj etmişdi. Siz təsəvvür edin ki, onun səsini eşidən hər kəs kövrəldi... Hamı elə bildi ki, Maarif bir anlıq qızını təbrik edib, getdi. Ümumilikdə bu xoş günümüzdə gəlişi ilə bizə xoş dəqiqələr yaşadan bütün sənət yoldaşlarımıza təşəkkürümüzü bildirirəm".




1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub