Bu gün ARB telekanalında yayımlanan “Səhər səhər” verilişində qalmaqal yaşanıb.
Mynews.az xəbər verir ki, Yenicag.az-ın əldə etdiyi məlumata görə, aparıcı Elgiz Əkbərlə verilişə qonaq qismində çağırılan Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağının kordinatoru Vasif Akifli arasında ciddi şəkildə mübahisə yaranıb. Söz davası zamanı Elgiz qarşı tərəfin ünvanına xoşagəlməz ifadə işlədib. Vasif Akifli aparıcının cavabını verib və studiyanı tərk edib.
Əldə etdiyimiz məlumata görə, çəkiliş yarımçıq qalıb. Verilişdən sonra iclas keçirilib və ARB kanalının rəhbərliyi Elgiz Əkbəri “Səhər səhər” verilişinin aparıcılığından uzaqlaşdırıb.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Vasif Akifli xəbəri təsdiqlədi. O, mübahisə yarandığı üçün verilişi tərk etdiyini bildirib. Həmin proqramın isə efirə gedib-getməyəcəyini bilmədiyini qeyd edib.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub