Xalq artisti Aygün Kazımovanın uzun müddətdir hazırlaşdığı "Aygün - 30 il" adlı solo konserti baş tutub.
Mynews.az xəbər verir ki, "Crystal hall"da baş tutan gecədə müğənni şouları ilə yadda qalıb. Hər mahnısı üçün fərqli rəqs hazırlayıb, libas dəyişən A.Kazımovanı əcnəbi rəqqaslar müşayiət ediblər.
Müğənni gecədə tamaşaçıları ilə çox az söhbət edib, 2 saatını ancaqoxumağa həsr edib. Kazımova "30 ildir sizinlə birlikdəyəm. Amma sizdən heç 30 qram da doymadım".
Konserti "Bəxt üzüyü" filmindən eşitdiyimiz "Bu sevgi" mahnısı ilə başlayan Aygün sonda "Sus" bəstəsini səsləndirib. "Yenə tək" mahnısını səsləndirən zaman sənətçi göz yaşlarını saxlaya bilməyib.
Gecədə sənət dostları da A.Kazımovanı tək qoymayıblar. Konserti izləməyə gələnlər arasında bir çox məşhur da yer alıb.
Qeyd edək ki, konsertin yaradıcı heyəti xaricdən dəvət olunmuşdu.
Axşam.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub