Ötən ilin 18 iyulunda ANS telekanalının bağlanmasından sonra bu media qrup barədə müxtəlif xəbər yerlər yayılmaqdadır.
Yeniçağ.az-ın əldə etdiyi son məlumatlara görə, ANS Şirkətlər Qrupuna aid olan nəqliyyat vasitələri satışa çıxarılıb. Hətta məlumatda bu avtomobillərin hərraca çıxarıldığı deyilir. Əgər avtomobillər hərraca çıxarılırsa, demək, ANS-in əmlakı sayılan bu nəqliyyat vasitələri şirkətin iradəsindən kənar baş verib. Çünki ANS rəhbərliyi şirkətə məxsus bu avtomobilləri yalnız özü satışa çıxara bilər. Hər halda od olmayan yerdən tüstü çıxmaz.
Məsələ ilə bağlı Yeniçağ.az-a danışan ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev bildirib ki, şirkətin avtomobillərini satışa çıxartması ilə bağlı məlumatlar yalandır və ANS-lə bağlı heç bir açıqlama vermək istəmirəm.