“Kreslo fırlanan nəsnədir. Hər dəfə birinin payına düşür. Bunu da demişdim o şəxslərə”.
Mynews.az-ın məlumatına görə, bu sözləri aparıcı İradə İsaq sosial şəbəkədə yazıb. Aparıcı bu gün ATV telekanalında baş verən kadr dəyişikliyi haqda fikirlərini bölüşüb: “Dedim, kreslonun kənarlarından yapışanda lap bərk fırlanırsan, başın dönür. Qaytarmasan da olmur. Yığdıqlarını yəni...
Mənim də hesabımdan düşərsiniz, xahiş. Halal eləməmişdim. Külək idi də, ay camaat, gəldi keçdi. Onsuz hayla gələn, küylə gedəcək”. İ.İsaq daha sonra ATV telekanalına yeni təyin olunan direktor Azər Xəlilovdan bəhs edib:
“ATV-nin yeni rəhbəri Azər Xəlilovu çoxdan tanıyıram. Həddən artıq mədəni, kübar, ziyalı insandır. Bir dəfə onun otağında çəkiliş etməli oldum. O qədər qayğı göstərdi ki... Dərhal otaqdan çıxdı. Çıxıb bizi dəhlizdə xeyli gözlədi. "Başqa nə kömək edə bilərəm?" dedi.
Qapısı önündə bir sürü cangüdən filan yığsın. Onu da görmədim.
Hər halda 11 il nəhəng BBC-də çalışıb. Zəngin təcrübəsi var, əsl jurnalistdir. Əminəm ki, kanal doğru əllərə təslim edilib”.
Qeyd edək ki, İ.İsaq 2016-cı ildə ATV-dəki işindən uzaqlaşdırılmışdı.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub