“Kreslo fırlanan nəsnədir. Hər dəfə birinin payına düşür. Bunu da demişdim o şəxslərə”.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı İradə İsaq sosial şəbəkədə yazıb.
Aparıcı bu gün ATV telekanalında baş verən kadr dəyişikliyi haqda fikirlərini bölüşüb:
“Dedim, kreslonun kənarlarından yapışanda lap bərk fırlanırsan, başın dönür. Qaytarmasan da olmur. Yığdıqlarını yəni...
Mənim də hesabımdan düşərsiniz, xahiş. Halal eləməmişdim.
Külək idi də, ay camaat, gəldi keçdi. Onsuz hayla gələn, küylə gedəcək”.
İ.İsaq daha sonra ATV telekanalına yeni təyin olunan direktor Azər Xəlilovdan bəhs edib:
“ATV-nin yeni rəhbəri Azər Xəlilovu çoxdan tanıyıram. Həddən artıq mədəni, kübar, ziyalı insandır. Bir dəfə onun otağında çəkiliş etməli oldum. O qədər qayğı göstərdi ki... Dərhal otaqdan çıxdı. Çıxıb bizi dəhlizdə xeyli gözlədi. "Başqa nə kömək edə bilərəm?" dedi.
Qapısı önündə bir sürü cangüdən filan yığsın. Onu da görmədim.
Hər halda 11 il nəhəng BBC-də çalışıb. Zəngin təcrübəsi var, əsl jurnalistdir. Əminəm ki, kanal doğru əllərə təslim edilib”.
Qeyd edək ki, İ.İsaq 2016-cı ildə ATV-dəki işindən uzaqlaşdırılmışdı.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub