ATV kanalının sabiq aparıcısının “partizan”lığı ona və rəhbərliyə baha başa gəldi.
Turan İbrahimovun və ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının kanaldan uzaqlaşdırılmasına səbəb olmuş həmin kadrları təqdim edirik.
Efirdə “26” kafesinin bağlanması məsələsinin süni şəkildə gündəmə gətirildiyini deyən T. İbrahimov daha sonra digər həssas məsələlərə keçib:
“Sözün birbaşa mənasında lazım olanda jurnalistlərin tapa bilmədiyi, əlçatmaz-ünyetməz Bakı şəhər icra başçısı Hacıbala Abutalıbov bütün jurnalistləri, televiziya kanallarını yığdı, çıxış elədi.
Populizm sənətinin bütün xırdalıqlarını nümayiş etdirdi və sanki bir kafedə Üsamə bin Ladenin hər hansı bir formada fəaliyyətini sübut edən bir şeylər tapılıbmış kimi, yəni Amerika, CİA, FBR, adını nə qoyursuzsa, o şəkildə daxil oldu və sözün birbaşa mənasında o hadisə hüquqi nihilizmin, yəni hüququ heçə saymağın nümunəsi oldu”.
Çıxışı tam olaraq bu videoda izləyə bilərsiz.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub