Xəbər verdiyimiz kimi, “Xəzər” televiziyasında telejurnalist Xoşqədəm Hidayətqızının (Baxşəliyeva) təqdimatında yayımlanan “Səni axtarıram” verilişində Masallı rayon sakini Şəhla Ağayevanın öz oğlunu - İbadət Rzayevi 20 ildir ki, zəncirdə saxlaması barədə süjet nümayiş olunub. Çəkiliş qrupu tərəfindən İ.Rzayev Bilgəhdəki sanatoriyaya yerləşdirilib, lakin oradan qohumları tərəfindən qaçırılıb. Daha sonra teleaparıcı həmin ailəni psixoloq, həkim, Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə birgə yenidən ziyarət edərək, oğlunun müalicə olunması və xəstəxanaya yerləşdirilməsi üçün ananı razı salıb.
Mynews.az xəbər verir ki, Masallı Rayon İcra Hakimiyətinin bəzi nümayəndələri və rayon sakinləri teleaparıcı haqqında virtualorg.az-a açıqlama verərək, X.Hidayətqızının yalan danışdığını, şou göstərdiyini söyləyiblər.
Barəsində yayılan xəbərlərdən əsəbiləşən teleaparıcı efir vasitəsilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova səslənib: “Mən Masallı rayon icra başçısına dəfələrlə zəng etmişəm. Ancaq o, mənim telefonlarıma cavab verməyib. Rayon rəhbərliyi açıqlama verir ki, Xoşqədəm şou yaradır. Mən nəyə görə şou yaradım? Niyə qorxursunuz?
Tamaşaçılara isə deyim ki, bizim süjetdən sonra o evdə təmir gedir, həmin oğlanı dünən aparıblar, üzünü qırxıblar. Mən bu məsələni işıqlandırdım və siz isə bunları etdiniz. Allahınız, insafınız olsun”.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub