Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv qəbul edilərək daha sonra Siyəzən bölməsinə sədr seçiləcəyi barədə məlumatlar dolaşır.
Mynews.az xəbər verir ki, bu barədə E.Seyidcahan Cebhe.info-nun müxbiri ilə söhbətində məsələyə münasibət bildirib. O məsələyə münasibət bildirərkən: “Yalandırsa, doğru olsun. Kaş ki, sədr seçiləydim. Düzü, sədr seçilməyimlə bağlı mənə xəbər verməyiblər. Sədr seçilməyimdə qəbahət heç nə yoxdur. Niyə də yox?! Bildiyiniz kimi, mən Siyəzəndə doğulmuşam”,- deyib.
Qeyd edək ki, Elza Seyidcahan bəstəkar və müğənni olmaqla yanaşı, şeir də yazır. O, “Bir əlim qabağımda, bir əlim dalımda...”, “Tikim sizin ağzınızı” və sair şeirlərin müəllifidir.
Hələlik isə Azərbaycan Yazıçılar Birliyinin Elza Seyidcahan adlı üzvü yoxdur. Onun quruma üzv qəbul olunması barədə məlumatlar yayıylsa da, bəstəkar-şairə hələlik quruma üzv deyil.
Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bəstəkar-müğənni Elza Seyidcahanın AYB üzvlüyünə qəbul olunması barədə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirərkən “O, peşəkar musiqiçidir və bu sahədə kifayət qədər uğurları var. Lakin Elza xanım AYB üzvü deyil”,- deyə bildirmişdi.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub