ABŞ-ın “Forbes” jurnalı televiziya dünyasının ən çox gəlir əldə edən aktrisalarının adlarını açıqlayıb.
Mynews.az xəbər verir ki, siyahı jurnalın saytında yerləşdirilib.
İlk sırada kolumbiyalı aktrisa Sofiya Verqara yer alıb. O, artıq 6 ildir ki, siyahıya liderlik edir. Son 12 ayda aktrisa 41,5 milyon dollar qazanıb. Verqara 2009-cu ildən yayımlanan “Müasir ailə” serialında baş rollardan birini ifa edir.
İkinci sırada “Böyük partlayış nəzəriyyəsi” serialının ulduzu Keyli Kuokoqərarlaşıb. Aktrisa 2017-ci ildə 26 milyon dollar qazanıb. Üçüncü sıranı “Ofis” serialında iştirak edən Mindi Kalinq tutub. Onun illik qazancı 13 milyon dollar təşkil edir.
İlk onluğa Ellen Pompeo, Marişka Harqitey, Culi Bouen, Kerri Vaşinqton, Priyanka Çopra və Robin Rayt kimi aktrisalar daxil olub.
Siyahını 8,5 milyon dollar qazanc əldə etmiş, “Dəniz polisi” serialının aktrisası Poli Perrett tamamlayıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub