Tanınmış idmançı Kamil Zeynallı Azərbaycanın Milli Qəhrəmanı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevi ad günü münasibətilə təbrik edib.
O, M.Quliyevlə birlikdə çəkdirdiyi fotonu paylaşaraq bu sözləri yazıb:
"Təxminən 7-8 il bundan öncə Mədət müəllimlə bir toyda tanış olduq. Yan-yana əyləşdik. O zaman Mühafizə Polisinin rəisi idi. Məni tanıdı, çox səmimi münasibət yaratdı. Yuxuma da girsə inanmazdım ki, Milli Qəhrəmanımızın bu cür səmimiyyəti olsun. Hətta Mədət müəllim ofisisantı belə yaxın qoymadı. O qədər sadə insandır ki, özünə yeməyə çəksə də, mənə də eyni yeməyi təklif etdi. Deyirdi ki, yaxşı-yaxşı ye, idmançı oğlansan, yeməyinə həmişə fikir ver. Mənə dedi ki, içki içirsən? Mən də arada şəhərdə dostlarla çaxırdan, pivədən vaxt olanda içirdim. Qorxumdan dedim ki, yox, içmirəm. Mən ancaq su içirəm. Tez suyu açdım, qoydum qarşıma.
2 saat bir yerdə oturduq, durdu, məni oynamağa dəvət elədi. Bu insana heyran qaldım. Məni yanına işə dəvət elədi, müəyyən səbəbdən alınmadı.
Həyatda hər şeyin ən mükəmməlinə layiqsiniz, Mədət müəllim. Həmişə zirvələrdə olasınız. Ad gününüzü təbrik edirəm. Allah siz böyüklərimizə dəyməsin".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub