Xəbər verdiyimiz kimi, "Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğluya çalışdığı kanalda yüksək vəzifə verilib.
Mynews.az BiG.AZ-a istinadən xəbər verir ki, o, ATV-nin vitse-prezidenti postuna gətirilib.
Qeyd edək ki, Vaqif Aydınoğlu eyni kanalda çalışdığı, "Xəbərlər" proqramının aparıcılığını edən Samirə Mustafayeva ilə ailəli olub.
2006-cı ildə ailə həyatı quran cütlük bu il yollarını ayırıb. Boşandıqdan sonra ATV-dən ayrılan Samirə Mustafayeva açıqlamasında bundan sonra özünü başqa sahədə sınayacağını bildirib.
Onların bu evlilikdən Nuran adlı bir qız övladı var.
O da bildirək ki, A.Xəlilov CBC televiziyasının rəhbəri vəzifəsini də daşıdığı üçün hələlik ATV-də icraçı direktor vəzifəsi Vaqif Aydınoğluna tapşırılıb.



1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub