Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov toyu üçün mahnı yazıb.
Mynews.az "qafqazinfo"ya istinadən xəbər verir ki, “Bu gün bizim günümüzdür” adlı bəstəni müğənni Zamiq Hüseynov ifa edib. Müğənni sosial şəbəkədə sözügedən mahnını paylaşaraq belə yazıb:
“Əziz dostlar, bu yaxınlarda mənə çox əziz olan, hörmət etdiyim bir insanın özəl gününə mahnı hazırladıq. Çoxsaylı zəng və mesajlarınızı nəzərə alıb həmin mahnının bütöv versiyasını təqdim edirəm. Mahnının sözləri Seymur Talıbova, musiqisi isə Hakan Erola məxsusdur”.
Qeyd edək ki, mahnı ilk dəfə S. Talıbovun toyunda səsləndirilib.
Xatırladaq ki, S. Talıbov sentyabrın 15-də Naxçıvan daxili İşlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurub.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub