Xəbər verdiyimiz kimi, ATV-nin tanınmış aparıcısı Azər Zahid işdən çıxarılıb.
Mynews.az azxeber.az-a istinadən xəbər verir ki, aparıcının bu hadisədən sonra ölkədən qaçdığı xəbəri yayılıb.
Portalımız məsələ ilə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, Azər Zahid hazırda Dubayda istirahətdədir.
O telekanaldan bir neçə həftə öncə ayrılmaq qərarı verib. Buna səbəb aparıcının telekanalın ATV dizayn qrupunun eks rəhbəri, rejissor Rauf Ocaqverdiyevlə dava etməsi olub. Belə ki, telekanalda yayımlanan "Top ulduzlar" layihəsinin çəkilişi zamanı ikili dava edib və münasibətlər pozulub. Bu səbəbdən də layihənin yarıdan çoxu efirə verilməyib. Buna qəzəblənən Azər Zahid telekanaldan ayrılmaq qərarına gəlib.
Xatırladaq ki, telekanaldakı dəyişikliklərdən sonra Rauf Ocaqverdiyev də Azər Zahid kimi işdən çıxarılıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub